Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid "Atletiko"suna qarşı səfər oyunu "Liverpul"un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub. Matc.az xəbər verir ki, misirli hücumçu bu görüşdə dubla imza atmaqla komandasının İspaniyadan qələbə ilə (3:2) qayıtmasında əsas pay sahiblərindən birinə çevrilib.
 
Belə ki, Salah klub tarixində bütün yarışlarda ardıcıl 9 matçda qol vuran ilk oyunçu olub.
 
Misir yığmasının üzvü çempionlar Liqasında ən çox qol vuran "Liverpul"lu kimi də tarixə düşüb. 48 oyunda 31 dəfə fərqlənən ulduz futbolçu komandanın əfsanəvi kapitanı Stiven Cerrardın (30 qol) rekordunu yeniləyib.
 
Bundan başqa o, çempionlar Liqasında Lisandro Lopes (2009-cu ildə "Porto"da) və Didye Droqbadan (2009-cu ildə "çelsi"də) sonra "Atletiko"ya səfərdə 2 qol vuran üçüncü oyunçu kimi yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest