Futbol üzrə UEFA çempionlar Liqasının (çL) qrup mərhələsinin 3-cü turu "Real"ın müdafiəçisi Marselo üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Donetsk "Şaxtyor"u ilə səfər matçı braziliyalının yubiley görüşü kimi yadda qalıb.
 
2007-ci ildən "kral klubu"nun şərəfini qoruyan 33 yaşlı sol cinah müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Bu müddətdə o, aktivinə 9 qol yazdırıb.
 
Bununla Marselo çL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.
 
"Şaxtyor" – "Real" oyunu ispanların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest