Qadın futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Sona Rəhimova Türkiyədə klubunu dəyişib. Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu bundan sonra Türkiyənin qadınlardan ibarət liqasında çıxış edən "Kayseri Gənclerbirliyi" klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə sözüggedən klubun rəsmi saytı məlumat yayıb. Kayseri təmsilçisi azərbaycanlı futbolçu ilə müqavilənin detallarını açıqlamayıb. Sona artıq yeni komandası ilə məşqlərə başlayıb.
 
Rəhimova daha əvvəl "Kayserispor"un şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest