"Qarşıda bizi böyük əhəmiyyət daşıyan bir oyun gözləyir".

Bolqarıstanın ÇSKA (Sofiya) klubunun futbolçusu Anxelo Martino UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, bolqarların müdafiəçisi ilk olaraq kollektivdəki ab-havadan danışıb:

"Komandada əhvali-ruhiyyə çox yaxşıdır. Qarşıda bizi böyük əhəmiyyət daşıyan bir oyun gözləyir. Hər matça olduğu kimi, bu görüşə də ən yaxşı şəkildə hazırlaşmağa çalışırıq".

Futbolçu həmçinin komandanın əsas hədəflərini açıqlayaraq öz potensiallarını nümayiş etdirmək niyyətində olduqlarını vurğulayıb:

"Güclü tərəflərimizdən maksimum istifadə edərək qələbə qazanmaq, komandamızı ən yaxşı şəkildə təmsil etmək istəyirik. Hər oyundan əvvəl olduğu kimi, bu qarşılaşmaya da ən yaxşı formada köklənməyə çalışırıq".

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək ÇSKA – "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasındakı ilk görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest