"Barselona" klubu La Liqada yeni mövsümünün startı ərəfəsində baş məşqçi Hans-Diter Flikin tələbi ilə yeni hücumçu axtarışlarını davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilir ki, "Barselona"nın idman rəhbərliyi almaniyalı mütəxəssisin istəklərini yerinə yetirmək üçün fəaliyyətini davam etdirir.
"Atletiko"nun argentinalı hücumçusu Xulian Alvaresin əsas namizəd olaraq qaldığı qeyd edilir. Lakin argentinalının keçidi baş tutmayacağı təqdirdə, "Bornmut"un 20 yaşlı fransalı futbolçusu Eli Krupi də variantlar arasında nəzərdən keçirilir.
Alvares geridə qalan klub mövsümündə 49 matçda iştirak edərək 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 2026-cı il dünya çempionatında isə o, 8 oyunda meydana çıxıb və 1 qol vurub. "Transfermarkt" portalında futbolçunun dəyəri 120 milyon avro olaraq göstərilir. Oyunçunun Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Eli Krupi isə ötən mövsüm "Bornmut"un heyətində 35 matça çıxaraq 13 qol vurub. Onun dəyəri 70 milyon avro qiymətləndirilir və klubla müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.













