29 İyul 2026, 17:00
FUTBOL
Con Qalantik "Roma"nın baş direktoru vəzifəsinə təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 64 yaşlı menecer əvvəllər də "Roma"nın direktorlar şurasının üzvü olub. O, həmçinin "Chanel" və "Tod's" kimi dünyaca məşhur şirkətlərin rəhbərliyində çalışıb, həmçinin "Ferrari"nin direktorlar şurasının üzvü olub.
Qeyd edilir ki, Qalantikin təyinatı klubun 8 illik fasilədən sonra Çempionlar Liqasına qayıtması və Roma klubunun 2027-ci ildə yüzillik yubileyinin qeyd edilməsinin başlanğıcı ilə eyni vaxta təsadüf edib.













