29 İyul 2026, 13:36
FUTBOL
Tunis millisinin yeni baş məşqçisi Moin Şaabani təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 45 yaşlı mütəxəssislə 4 illik – 2030-cu ilə qədər müqavilə imzalanıb.
Şaabani bu postda dünya çempionatı zamanı Tunis yığmasına rəhbərlik edən, qrup mərhələsində Yaponiyaya (0:4) və Niderlanda (1:3) məğlubiyyətlərdən sonra vəzifəsindən ayrılan Erve Renarı əvəzləyib.













