Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi "Əl-Xaraitiyat" klubu ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" buna qədər "Şamaxı" və "Sumqayıt"la qüvvəsini sınayıb. Hər iki qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest