"İnter"in almaniyalı mərkəz müdafiəçisi Yan Orel Bissek Milan klubu ilə müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə 5 illik – 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Futbolçunun əvvəlki sözləşməsi 2028-ci ilə qədər qüvvədə idi. Yeni müqaviləyə əsasən, Bissekin maaşı artırılaraq illik 3 milyon avroya çatdırılıb.
25 yaşlı almaniyalı müdafiəçi 2023-cü ilin yayından, Milan təmsilçisi onun transferi üçün "Orhus" klubuna 7,2 milyon avro ödədikdən bəri "İnter"də çıxış edir.
"İnter"də keçirdiyi 3 il ərzində Bissek bütün turnirlərdə 103 matça çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib. Hazırda onun transfer qiyməti 50 milyon avro dəyərində qiymətləndirir.













