29 İyul 2026, 17:46
FUTBOL
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Payde" oyununun biletləri sabah saat 12:00-dan satışa çıxarılacaq.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Payde" (Estoniya) oyununun biletləri sabah – iyulun 30-u saat 12:00-dan satışa çıxarılacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.
Biletlər Sumqayıt şəhər stadionun kassasında satılacaq.













