29 İyul 2026, 14:08
FUTBOL
"Monako" Maqnes Akliuş üçün "PSJ"nin növbəti təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" idman nəşri məlumat yayıb.
Bildirilir ki, Paris klubu 24 yaşlı vinqer üçün 45 milyon avro təklif edib. Moneqasklar futbolçunu satmaqdan imtina ediblər. Tərəflər danışıqları davam etdirirlər.
Ötən mövsüm Liqa 1-də Akliuş meydana çıxdığı 31 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.













