İngiltərəli hücumçu Denni Uelbek "Çelsi" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, London klubu 35 yaşlı oyunçunun transferi ilə bağlı "Brayton" klubu ilə tam razılıq əldə edib. Uelbek artıq "Çelsi" ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Növbəti mərhələ tibbi müayinə olacaq və bundan sonra tərəflər sövdələşməni rəsmən rəsmiləşdirə biləcəklər.

Denni Uelbek "Mançester Yunayted"in yetirməsidir və o, bu komandada böyüklər səviyyəsində də çıxış edib. Bundan əlavə, futbolçunun karyerasında "Arsenal", "Uotford" və digər klublar var.

Uelbek 2020-ci ildən "Brayton"un şərəfini qoruyur. Ötən mövsüm çıxdığı 40 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest