Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi cəzalı duruma düşüb. Matc.az xəbər verir ki, buna 28 yaşlı futbolçunun Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığmasına qarşı keçirilən oyunda sarı vərəqə alması səbəb olub.
 
Belqradda baş tutan görüşün ilk yarım saatının tamamında penaltiyə səbəb olan "Sumqayıt"ın müdafiəçisi rəsmi xəbərdarlıqla da üzləşib. Bu üzdən də o, cəzalı duruma düşüb və noyabrın 11-də Lüksemburqla ev matçını buraxacaq.
 
Serbiya - Azərbaycan görüşündə ilk hissədən sonra hesab bərabərdir – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest