Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Matc.az xəbər verir ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.

Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Matc.az xəbər verir ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.
 
Omid Kamaliağdam C qrupunda Rumıniyanın 2 güləşçisinə qalib gəldikdən sonra Portuqaliya idmançısını üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Ukrayna təmsilçisinə məğlub olan Omid Rumıniyadan olan rəqibinə növbəti dəfə qalib gələrək Dünya Seriyasının sonuncu - 4-cü mərhələsini bürünc medalla başa vurub.
 
İbrahim Yusubov təsnifatda yunan güləşçini mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Yunanıstanın daha bir təmsilçisinə qalib gəldikdən sonra Pakistan idmançısına uduzan Yusubov Ukrayna pəhləvanından güclü olmaqla yarımfinala vəsiqə qazanıb. Türkiyəli rəqibinə xal verməyən İbrahim həlledici görüşdə gürcü həmkarını məyus edərək qızıl medala sahib çıxıb.
 
A qrupunda mübarizəyə start verən Oyan Nəzəriani Yunanıstanın 2 güləşçisiylə yanaşı, İtaliya idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Rumıniya təmsilçisinə gücünü göstərən Oyan finalda Gürcüstan pəhləvanını da məğlub edərək turnirin baş mükafatına yiyələnib. Nəzəriani həm də yarışın ən yaxşı fəndini edən güləşçi kimi xüsusi mükafata sahib çıxıb.
 
Beləliklə, iyulda Fransada startı verilən və 4 mərhələdən ibarət olan çimərlik güləşi üzrə Dünya Seriyasına Rumıniyada yekun vurulub. Bu mərhələlərdə toplanan xallara əsasən dünya çempionları müəyyənləşib. İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) dünya ikincisi olub. Onu da nəzərinizə çatdıraq ki, bu 2 güləşçi ilk mərhələdə iştirak etməmişdi.  
 
Dünya Seriyasının final mərhələsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.
 
80 kq
C qrupu
1-ci görüş: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1
2-ci görüş: Omid Kamaliağdam – Radu Huhulea (Rumıniya) 3:0
3-cü görüş: Omid Kamaliağdam – Edmilson Qomes (Portuqaliya) 3:0
1/2 final: Omid Kamaliağdam – Vasili Mixaylov (Ukrayna) 1:3
Bürünc medal görüşü: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1
 
90 kq
Təsnifat: İbrahim Yusubov – Georgios Tsaknakis (Yunanıstan) 2:1
B qrupu
1-ci görüş: İbrahim Yusubov – Mixeil Tsikovani (Yunanıstan) 3:0
2-ci görüş: İbrahim Yusubov – Məhəmməd İnam (Pakistan) 0:3
3-cü görüş: İbrahim Yusubov – Aleksey Yakovçuk (Ukrayna) 3:1
1/2 final: İbrahim Yusubov – Mahmut Seyfi Özkaya (Türkiyə) 3:0
Final: İbrahim Yusubov – Dato Marsaqişvili (Gürcüstan) 3:1
 
+90 kq
A qrupu
1-ci görüş: Oyan Nəzəriani – Konstantinos Fotiadis (Yunanıstan) 5:0
2-ci görüş: Oyan Nəzəriani – Axilles Xrisidis (Yunanıstan) 5:1
3-cü görüş: Oyan Nəzəriani – Eduardo Qiqliotti (İtaliya) 3:0
1/2 final: Oyan Nəzəriani – Vasile Karas (Rumıniya) 3:0
Final: Oyan Nəzəriani – Mamuka Kordzaya (Gürcüstan) 2:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest