Fransa milli komandasının keçmiş futbolçusu Samir Nəsri karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 34 yaşlı fransalı yarımmüdafiəçi özü məlumat verib. Nəsri, ilyarımlıq dopinq cəzasının da qərarına təsir göstərdiyini bildirib.
 
Nəsrinin son klubu Belçika “Anderlext”i olub.
 
2016-cı ilin dekabrında qan köçürməsi vaxtı futbolçunun orqanizminə qidalandırıcı mikroelement düşüb. Nəticədə, Nəsri antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub.
 
Samir Nəsri karyerası ərzində “Marsel”, “Arsenal”, “Mançester Siti”, “Olimpiakos”, “Antalyaspor” kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest