Futbol üzrə Fransa çempionatında 8-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Sent-Etyen" doğma meydanda "Nitsa"nı sınağa çəkib. Qonaqlar bu oyunda darmadağına seviniblər.
 
Son çempion "Lill" səfərdə "Strasburq"a qalib gəlib. Lion "Olimpik"i isə "Loryan"la ev oyunundan xal itkisi ilə ayrılıb.
 
Lider PSJ bu turda "Monpelye" ilə üz-üzə gəlib. Paris təmsilçisi turu inamlı qələbə ilə başa vurub.
 
Fransa Liqa 1
8-ci tur
25 sentyabr
 
Sent-Etyen – Nitsa 0:3
Qol: Quiri, 15. Stenqs, 54. Delor, 83.
 
Strasburq – Lill 1:2
Qol: Sissoko, 75 – David, 23; 57-pen.
 
Olimpik (Lion) – Loryan 1:1
Qol: Ekambi, 50 – Loryente, 20.
 
PSJ – Monpelye 2:0
Qol: Qeye, 14. Draksler, 88.
 
26 sentyabr
 
15:00. Bordo – Renn
17:00. Brest – Mets
17:00. Reyms – Nant
17:00. Trua – Anje
19:00. Klermon – Monako
22:45. Olimpik (Marsel) – Lans

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest