Sentyabrın 18-də Polşanın Katovitse şəhərində keçirilən Avropa Voleybol Konfederasiyasının (CEV) XLII Baş Assambleyasından bir neçə gün sonra Avropa Voleybol ailəsi yenidən bir araya gəlib. Matc.az xəbər verir ki, sentyabrın 24-də Sloveniyanın paytaxtı  Lyublyana şəhərinin ev sahibliyi ilə 2021 Avropa Voleybol Qalası təşkil olunub.
 
Tədbirdə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərov da iştirak edib.
 
2021 Avropa Voleybol Qalasında qadınlar və kişilər arasında keçiriləcək 2022 CEV çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Püşkatma mərasimində qruplar isveçrəli voleybol ulduzu Joanna Heydrix və italiyalı Paola Eqonunun köməyi ilə müəyyən olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest