Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. O, 86-cı dəqiqədə rəqib qapısına yol tapıb.

Futbol üzrə Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. O, 86-cı dəqiqədə rəqib qapısına yol tapıb.
 
“Tondela” 6 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest