Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. "Qəbələ" turun ilk günündə "Səbail"lə görüşəcək. "Qırmızı-qaralar" ev qarşılaşmasını Qəbələ şəhər stadionunda keçirəcək.

Bu, iki komanda arasında 18-ci matç olacaq. Əvvəlki 17 oyunda üstünlük "Qəbələ"nin tərəfindədir. 8 qələbəsi olan "Qəbələ" 5 görüşdən sülhlə ayrılıb. "Qəbələ" 4 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 29:18. Baqali Dabo "Səbail"ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.

"Qırmızı-qaralar" Bakı təmsilçisi ilə 15 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 6 qələbə qazanan "Qəbələ" 5 dəfə bir xalla kifayətlənib. Digər 4 oyunda "Səbail" qalib gəlib. 24 qol vuran "Qəbələ" 16 top buraxıb.

"Qəbələ" 9-cu dəfə "Səbail"lə öz meydanında üz-üzə gələcək. Əyalət təmsilmisi indiyədək evdəki 8 görüşdə uduzmayıb. 5 qələbəsi olan "Qəbələ" 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 15 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. "Qırmızı-qaralar" ev oyunlarını qolsuz tərk etməyib.

Xatırladaq ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Səbail" matçı saat 17:00-da başlayacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. "Qəbələ" – "Səbail" – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. "Səbail" – "Qəbələ" – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

 12.08.2018. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 0:0

10.03.2019. Premyer Liqa. "Qəbələ" – "Səbail" –2:1 

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 2:1 

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

 

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

09.11.2019. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 3:0

Davit Volkov, 22, 45+2; ülvi İsgəndərov, 90+2

16.02.2020. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 3:1

Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16

 

2020/21 mövsümü

24.10.2020. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 1:1

Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26

24.12.2020. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 1:3

Turan Manafov, 52 // ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3

09.03.2021. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 1:1

Rafael Utriq, 78 // Amil Yunanov, 57

03.05.2021. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 1:0

Amil Yunanov, 61

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest