05 Avqust 2021, 18:23
                
                
                
                                TOP OYUNLARI 
                                
                
               
              
				 
 
	Tokio Yay Olimpiya Oyunlarında həndbol yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün kişi həndbolçuların mübarizəsində yarımfinal mərhələsinə yekun vurulub.
	Günün ilk matçında Fransa Misirlə qarşılaşıb. İkinci hissədən etibarən oyuna nəzarəti ələ keçirən fransızlar sonda 27:23 hesablı qələbəyə seviniblər. Eyni hesab Danimarka - İspaniya qarşılaşmasında da qeydə alınıb.
	Qiyom Jillenin yetirmələrinin finaldakı rəqibi Danimarka olacaq. Başlanğıcdan etibarən oyuna nəzarəti ələ keçirən və sona qədər üstünlüyü əldən verməyən "skandinavlar" finala çıxıblar. Beləliklə, Tokio-2020-də Rio Olimpiadasının həndbol finalının təkrarlanacağı dəqiqləşib. Beş il əvvəl həlledici görüşdə Danimarka Fransanı məğlub edərək Olimpiya çempionu olmuşdu.
	Tokio-2020
	Həndbol (kişilər), yarımfinal
	Fransa - Misir - 27:23
	Danimarka - İspaniya - 27:23
	Kişi həndbolçuların mübarizəsinə avqustun 7-də yekun vurulacaq.
				
         	
                                             
               
            
 










