A qrupunda Cənubi Koreya 5 setin tamamında Dominikan Respublikasını məğlub edib. Birinci pillənin sahibi Serbiya Keniyaya şans verməyib - 3:0. Eyni hesab Yaponiya - Braziliya görüşündə də qeydə alınıb. Cənubi amerikalılar ev sahiblərini üstələyiblər. Üç turdan sonra Serbiya qrup lideridi.

 
Tokio-2020-də voleybol yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin üçüncü turuna start verilib.
 
A qrupunda Cənubi Koreya 5 setin tamamında Dominikan Respublikasını məğlub edib. Birinci pillənin sahibi Serbiya Keniyaya şans verməyib - 3:0. Eyni hesab Yaponiya - Braziliya görüşündə də qeydə alınıb. Cənubi amerikalılar ev sahiblərini üstələyiblər. Üç turdan sonra Serbiya qrup lideridi.
 
B qrupunda İtaliya Argentinanı set vermədən məğlub edib. Beş set davam edən matçda ROK (Rusiya Olimpiya Komitəsi) Çin yığmasına qalib gəlib. Bu, çinlilərin Tokio-2020-dəki üçüncü məğlubiyyətidi. Günün mərkəzi matçı - ABŞ - Türkiyə gərginliyi ilə seçilib. İlk iki setdən sonra 0:2 məğlub durumda olan "ay-ulduzlular" geridönüş etməyi bacarıblar. Üçüncü və dördüncü setləri aktivlərinə yazdıran Covanni Quidettinin yetirmələri qarşılaşmanı tay-breykə daşıyıblar. Lakin həlledici setdə üstün olan ABŞ qələbəni bayram edib. Üç turdan sonra İtaliya B qrupuna başçılıq edir. Türkiyə 4 xalla dördüncüdü.
 
A qrupu
 
Cənubi Koreya - Dominikan Respublikası - 3:2 (25:20, 17:25, 25:18, 15:25, 15:12)
 
Serbiya - Keniya - 3:0 (25:21, 25:11, 25:20)
 
Yaponiya - Braziliya - 0:3 (16:25, 18:25, 24:26)
 
Turnir cədvəli: 1. Serbiya (3-0 / 9 xal), 2. Braziliya (3-0 / 8 ), 3. Cənubi Koreya (2-1 / 5), 4. Yaponiya (1-2 / 3), 5. Dominikan Respublikası (0-3 / 2), 6. Keniya (0-3 / 0).
 
B qrupu
 
İtaliya - Argentina - 3:0 (25:21, 25:16, 25:15)
 
Çin - ROK (Rusiya Olimpiya Komitəsi) - 2:3 (17:25, 25:23, 25:20, 25:27, 12:15)
 
ABŞ - Türkiyə - 3:2 (25:19, 25:20, 17:25, 20:25, 15:12)
 
Turnir cədvəli: 1. İtaliya (3-0 / 9), 2. ABŞ (3-0 / 8 ), 3. ROK (2-1 / 5), 4. Türkiyə (1-2 / 4), 5. Çin (0-3 / 1), 6. Argentina (0-3 / 0).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest