Türkiyə millisi də növbəti matçını keçirib. "Ay-ulduzlular"ın rəqibi güclü İtaliya millisi olub. Görüş italyanların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tokio Yay Olimpiya Oyunlarında qadın voleybolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin ikinci turuna yekun vurulub.
 
A qrupunda Tokio-2020-nin favoritlərindən olan, dünya və Avropa çempionu Serbiya Yaponiyadan güclü olub - 3:0. Eyni hesab Cənubi Koreya - Keniya görüşündə də qeydə alınıb. Asiyalılar qələbə qazanıblar. Braziliya isə çətinliklə üzləşməsinə baxmayaraq, Dominikan Respublikasının sürpriz etməsinə imkan verməyib. "Sarı-yaşıllar" 5 set sonunda sevinən tərəf olublar.
 
B qrupunda ROK (Rusiya Olimpiya Komitəsi) Argentinaya set verməyərək Olimpiadada ilk qələbəsini qazanıb. ABŞ çini eyni hesabla məğlub edib. Rio-2016-nın qalibi çinlilər ilk iki turdan sonra qələbə üzünə həsrətdilər. Türkiyə millisi də növbəti matçını keçirib. "Ay-ulduzlular"ın rəqibi güclü İtaliya millisi olub. Görüş italyanların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunu 29 xalla tamamlayan Paola Eqonu qalibiyyətdə əsas pay sahibi olub. Türkiyə yığmasının heyətində Zehre Güneş (14 xal) ən məhsuldar voleybolçu olub. 
 
A qrupu
 
Yaponiya - Serbiya - 0:3 (23:25, 16:25, 24:26)
 
Braziliya - Dominikan Respublikası - 3:2 (22:25, 25:17, 25:13, 23:25, 15:12)
 
Cənubi Koreya - Keniya - 3:0 (25:14, 25:22, 26:24)
 
Turnir cədvəli: 1. Serbiya (2-0 / 6 xal), 2. Braziliya (2-0 / 5), 3. Yaponiya (1-1 / 3), 4. Cənubi Koreya (1-1 / 3), 5. Dominik Respublikası (0-2 / 1), 6. Keniya (0-2 / 0).
 
B qrupu
 
ROK (Rusiya Olimpiya Komitəsi) - Argentina - 3:0 (25:19, 25:15, 25:13)
 
çin - ABŞ - 0:3 (27:29, 22:25, 21:25)
 
İtaliya - Türkiyə - 3:1 (25:22, 23:25, 25:20, 25:15)
 
Turnir cədvəli: 1. ABŞ (2-0 / 6), 2. İtaliya (2-0 / 6), 3. Türkiyə (1-1 / 3), 4. ROK (1-1 / 3), 5. çin (0-2 / 0), 6. Argentina (0-2 / 0).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest