Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Matye Valbuena UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, fransalı yarımmüdafiəçi bu gün Yunanıstanda təşkil olunan mətbuat konfransında Bakıdakı oyunun çətin keçəcəyini bildirib:
 
“İlk oyundakı kimi cavab görüşündə da çətinliklər olacaq. Meydanda əlimizdən gələni edəcəyimizə əminəm”.
 
İyulun 28-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest