Finlandiyanın HİK komandası isə İsveç “Malmö”sünü sınağa çəkib. Dörd qolun qeydə alındığı cavab görüşündən sonra “Malmö” ÇL-də mübarizəni davam etdirmək hüququ qazanıb. HİK isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cütünün uduzanı ilə qarşılaşacaq.

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Estoniya səfərində “Flora” ilə qarşılaşıb. Komandalar arasında Polşada baş tutan ilk görüşdə “Legiya” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündən də qalib ayrılan Varşava klubu növbəti mərhələyə yüksəlib.

Xorvatiyanın “Dinamo” komandası Kipr “Omoniya”sının qonağı olub və cavab görüşündən də qalib ayrılmaqla mərhələ adlayıb. “Ferentsvaroş” da “Jalgiris” üzərində inamlı qələbəyə sevinib.

Finlandiyanın HİK komandası isə İsveç “Malmö”sünü sınağa çəkib. Dörd qolun qeydə alındığı cavab görüşündən sonra “Malmö” ÇL-də mübarizəni davam etdirmək hüququ qazanıb. HİK isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cütünün uduzanı ilə qarşılaşacaq.

Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” sabah meydana çıxacaq. “Ağ-qaralar” Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. “Neftçi” ilk matçda səfərdə rəqibinə 0:1 hesabıyla uduzub.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
27 iyul

Flora (Estoniya) – Legiya (Polşa) 0:1
İlk oyun 1:2

HİK (Finlandiya) – Malmö (İsveç) 2:2
İlk oyun 1:2

Omoniya (Kipr) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun 0:2

Jalgiris (Litva) – Ferentsvaroş (Macarıstan) 1:3
İlk oyun 0:2

28 iyul

21:00. Neftçi – Olimpiakos (Yunanıstan)
İlk oyun 0:1

21:00. Şerif (Moldova) – Alaşkert (Ermənistan)
İlk oyun 1:0

21:30. ÇFR (Rumıniya) – Linkoln (Cəbəllütariq)
İlk oyun 2:1

21:45. Midtyulland (Danimarka) – Seltik (Şotlandiya)
İlk oyun 1:1

22:00. Qalatasaray (Türkiyə) – PSV (Niderland)
İlk oyun 1:5

22:00. Ludoqorets (Bolqarıstan) – Mura (Sloveniya)
İlk oyun 0:0

22:15. Yanq Boyz (İsveçrə) – Slovan (Slovakiya)
İlk oyun 0:0

22:30. Sparta (Praqa, Çexiya) – Rapid (Avstriya)
İlk oyun 1:2

22:30. Srvena Zvezda (Serbiya) – Kayrat (Qazaxıstan)
İlk oyun 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest