İlk oyun gününün mərkəzi matçında ulduzlar toplusu ABŞ və Fransa yığmaları üz-üzə gəliblər. "Xoruzlar" sürprizə imza ataraq, amerikalı rəqiblərini 83:76 hesabı ilə məğlub ediblər. Evan Furnye 28 xalla komandasının qələbəsində əsas pay sahibi olub.

Tokio-2020-də kişi basketbolçuların mübarizəsinə start verilib. Matc.az xəbər verir ki, açılış oyununda çexiya sürprizə imkan verməyərək, İran millisini məğlub edib. B qrupunda İtaliya Almaniyadan, Avstraliya isə Nigeriyadan üstün olub.
 
İlk oyun gününün mərkəzi matçında ulduzlar toplusu ABŞ və Fransa yığmaları üz-üzə gəliblər. "Xoruzlar" sürprizə imza ataraq, amerikalı rəqiblərini 83:76 hesabı ilə məğlub ediblər. Evan Furnye 28 xalla komandasının qələbəsində əsas pay sahibi olub.
 
Qeyd edək ki, ABŞ 2004-cü ildən bəri Olimpiadanın basketbol yarışlarında ilk məğlubiyyətini məhz Fransa ilə görüşdə aldı.
 
A qrupu
 
İran - çexiya - 78:84
 
Fransa - ABŞ - 83:76
 
B qrupu
 
Almaniya - İtaliya - 82:92
 
Avstraliya - Nigeriya - 84:67

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest