"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək. Matc.az xəbər verir ki, təcrübəli "əlcək sahibi" "Everton"a transfer olub. 34 yaşlı qolkiper ilə 1+1 illik müqavilə imzalanıb.
 
Son klubu "Bornmut" olan Beqoviç daha əvvəl "Stok Siti", "çelsi", "Milan" kimi klublarda oynayıb.
 
Asmir Beqoviç 2019-2020-ci il mövsümünün ilk yarısını "Qarabağ"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest