Baş məşqçi Samir Abasovun sərəncamında 3 qapıçı, 6 müdafiəçi, 13 yarımmüdafiəçi və 2 hücumçu var. Paytaxt klubunun yeni transferləri - Huqo Basto ilə Romen Bask da "Olimpiakos"la oyunlara sifariş olunub.

"Neftçi" PFK UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Olimpiakos" klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb. 
 
Baş məşqçi Samir Abasovun sərəncamında 3 qapıçı, 6 müdafiəçi, 13 yarımmüdafiəçi və 2 hücumçu var. Paytaxt klubunun yeni transferləri – Huqo Basto ilə Romen Bask da "Olimpiakos"la oyunlara sifariş olunub.
 
Qapıçılar: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə;
 
Müdafiəçilər: 3. Mamadu Mbodj, 4. Huqo Basto, 6. Voyislav Stankoviç, 14. Romen Bask, 20. Mert çelik, 26. ömər Buludov;
 
Yarımmüdafiəçilər: 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov;
 
Hücumçular: 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov.
 
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq. 8-ci km stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest