Bakı Olimpiya Stadionu (BOS) Avropa çempionu olan İtaliya milli komandasının rəngləri ilə işıqlandırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə BOS-un mətbuat xidməti məlumat yayıb. Stadion dünən gecə İtaliya yığmasının Aç-2020-nin qalibi olması münasibətilə yaşıl, ağ və qırmızı rəngə boyanıb.
 
Bakı Olimpiya Stadionu Aç-2020-nin A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2) və İsveçrə – Türkiyə (3:1) oyunlarına, həmçinin 1/4 final mərhələsinin çexiya – Danimarka (1:2) matçına ev sahibliyi edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest