Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" klubunda ilk rəsmi qolunu vurub.

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" klubunda ilk rəsmi matçına çıxıb. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Norveçin "Bude Qlimt" komandası ilə görüşün iştirakçısı olub.
 
"Legiya" bu rəqibi ilə ilk oyunu səfərdə keçirib. Polşa çempionu rəqibini 3:2 hesabıyla məğlub edib.
 
Mahir bu oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Komandasının iki qolunu məhz azərbaycanlı futbolçu vurub. O, 41 və 61-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.
 
Xatırladaq ki, Mahir "Legiya"ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest