Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Cavab görüşü isə iyulun 14-də Bakıda baş tutacaq. 8-ci km stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

Gürcüstanın "Dinamo" (Tiflis) klubu UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, baş məşqçi Kaxaber Sxadadze heyətə 20 futbolçu daxil edib.
 
Siyahıda 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
 
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Cavab görüşü isə iyulun 14-də Bakıda baş tutacaq. 8-ci km stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.
 
Qapıçılar: 13. Omar Migineişvili, 30. Roin Kvasxvadze;
 
Müdafiəçilər: 3. Aleksandr Kalandadze, 5. Davit Koburi, 12. Levan Xarabadze, 19. Simon Qbeqnon, 22. Fabian Sporkslede, 24. Nodari İaşvili, 26. Piruzi Qabitaşvili;
 
Yarımmüdafiəçilər: 6. Bakar Kardava, 8. Milan Radin, 15. Georgi Papava, 21. Georgi Kutsiya, 27. Anzor Mekvabişvili, 28. Georgi Omaraşvili, 29. Nodari Lominadze, 38. Nodari Kavtaradze;
 
Hücumçular: 9. Georgi Qabedava, 17. Tornike Axvlediani, 32. Zoran Maruşiç.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest