"Neftçi"nin UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubun rəsmi saytı məlumat yayıb.
 
Gürcüstanın "Dinamo" (Tiflis) komandası ilə hər iki matçı "CBC Sport" vasitəsilə canlı izləmək mümkün olacaq.
 
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Cavab görüşü isə iyulun 14-də Bakıda baş tutacaq. 8-ci km stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest