Türkiyə Super Liqasında yeni mövsümün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca yerli mətbuata açıqlamasında deyib.
 
O, yeni mövsümün oyunlarına məhdud sayda azarkeşin buraxılacağını bildirib.
 
Türkiyə Super Liqasında ötən mövsümün oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest