Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Yusif İsparov erməni idmançıya uduzub. Ancaq rəqibin finala yüksəlməsi Yusifə 3-cü yeri tutmaq şansı verib. Gürcüstan güləşçisinə qalib gələn Yusif bürünc medalı boynundan asıb. 
 
Cavid Cavadov ilk mərhələdə moldovalı rəqibindən güclü olub. Cavadov 1/4 finalda Ukrayna idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Ermənistan güləşçisi üzərində böyükhesablı qələbəyə sevinən Gəncə güləş məktəbinin yetirməsi adını finala yazdırıb. Ancaq zədələndiyi üçün finalda Rusiya təmsilçisiylə güləşməyib və gümüş medalla kifayətlənib.
 
Abdulrəhman İbrahimov debütdə ukraynalı güləşçi üzərində inamlı qələbəyə sevinib. Həmyerlimiz daha sonra türkiyəli pəhləvanı üstələyib. İbrahimov Polşa təmsilçisinə də aman verməyərək yarımfinala yüksəlib. Gürcüstan idmançısını "tuşe" ilə yolundan kənarlaşdıran Abdulrəhman finala vəsiqə qazanıb. İyunun 16-da rusiyalı güləşçiylə həlledici görüşdə minimal fərqlə məğlub olan İbrahimov Avropa ikincisi olub.
 
Sadiq Mustafazadə 1/8 finalda Moldova idmançısıyla gərgin keçən mübarizədə xalların keyfiyyətinə görə xalçadan məyus ayrılıb.
Vüqar Həsənov startda rumıniyalı həmkarıyla bacarmayıb.
 
Beləliklə, sərbəst güləş millimiz Avropa çempionatında ümumilikdə 3 gümüş və 1 bürünc medal əldə edib.
 
45 kq
1/4 final: Yusif İsparov – Hayko Qasparyan (Ermənistan) 0:6
Bürünc medal görüşü: Yusif İsparov - Laşa Qoqadze (Gürcüstan) 10:7
 
51 kq
Təsnifat: Cavid Cavadov – Stefan Zmeu (Moldova) 4:0
1/4 final: Cavid Cavadov - Dmitri Qubanov (Ukrayna) 11:4
1/2 final: Cavid Cavadov - Tiqran Buniatyan (Ermənistan) 8:3
Final: Cavid Cavadov - Ramzan İsrafilov (Rusiya) -:+
 
60 kq
Təsnifat: Abdulrəhman İbrahimov – David Beskutski (Ukrayna) 9:0
1/8 final: Abdulrəhman İbrahimov - Batuhan Boke (Türkiyə) 5:0
1/4 final: Abdulrəhman İbrahimov - Dominik Jaquş (Polşa) 12:3
1/2 final: Abdulrəhman İbrahimov - Giorgi Abulaşvili (Gürcüstan) 4:0 (tuşe)
Final: Abdulrəhman İbrahimov - Adam Arxiyev (Rusiya) 3:4
 
71 kq
1/8 final: Sadiq Mustafazadə - Yon Marku (Moldova) 4:4*
 
92 kq
1/8 final: Vüqar Həsənov – Georgian Florin Tripon (Rumıniya) 3:11

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest