Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat özdəmir arasında görüş keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Görüşdə AFFA və TFF arasında qarşılıqlı əməşdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Abdullayev Aç-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. özdəmir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
 
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest