Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu “Legiya”nın 2-ci mərhələdəki potensial rəqibi də məlum olub. Varşava təmsilçisi 1-ci mərhələni keçsə, “Flora” (Estoniya) – “Hibernians” (Malta) matçının qalibi ilə qarşılaşacaq.

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan çempionu “Neftçi”nin də bu mərhələdəki potensial rəqibi bəlli olub. “Ağ-qaralar” mərhələni adlasa, Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.
 
Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu “Legiya”nın 2-ci mərhələdəki potensial rəqibi də məlum olub. Varşava təmsilçisi 1-ci mərhələni keçsə, “Flora” (Estoniya) – “Hibernians” (Malta) matçının qalibi ilə qarşılaşacaq.
 
Bundan başqa, Türkiyənin “Qalatasaray” klubunun da rəqibinin adına aydınlıq gəlib. “Sarı-qırmızılar” bu mərhələdə Niderlandın PSV klubu ilə qarşılaşacaq.
 
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
 
Dinamo (Zaqreb, Xorvatiya)/Valyur (İslandiya) – Omoniya (Kipr)
 
Slovan (Slovakiya)/Şemrok Rovers (İrlandiya) – Yanq Boyz (İsveçrə)
 
Bodo Qlimt (Norveç)/Legiya (Polşa) – Flora (Estoniya)/Hibernians (Malta)
 
Konnah (Uels)/Alaşkert (Ermənistan) – Teuta (Albaniya)/Şerif (Moldova)
 
Olimpiakos (Yunanıstan) – Dinamo (Tiflis, Gürcüstan)/Neftçi (Azərbaycan)
 
Makkabi (Hayfa, İsrail)/Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)
 
Fola (Lüksemburq)/Linkoln (Cəbəllütariq) – ÇFR (Rumıniya)/Borats (Bosniya və Herseqovina)
 
Malmö (İsveç)/Riqa (Latviya) – HJK (Finlandiya)/Buduçnost (Monteneqro)
 
Ferentsvaroş (Macarıstan)/İlkin mərhələnin qalibi – Jalgiris (Vilnüs, Litva)/Linfild (Şimali İrlandiya)
 
Şkendiya (Şimali Makedoniya)/Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan)/Şaxtyor (Belarus)
 
Rapid (Avstriya) – Sparta (Praqa, Çexiya)
 
Seltik (Şotlandiya) – Midtyulland (Danimarka)
 
PSV (Niderland) – Qalatasaray (Türkiyə)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest