Aç-2020-nin qrup mərhələsinin Türkiyə və İtaliya milli komandaları arasında keçirilən ilk tur matçının ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, İtaliya yığmasının müdafiəçisi Leonardo Spinatsoladır.
 
Oyuna start heyətdə başlayan və sona qədər meydanda qalan Spinatsola çiro İmmobilenin vurduğu 2-ci qolun ötürməsini verib.
 
Türkiyə – İtaliya matçı 0:3 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest