İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Kelvin Remzi Şotlandiyanın "Sent-Mirren" klubuna icarəyə keçib.

Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bu keçidin maliyyə detalları açıqlanmır. İcarə müqaviləsi növbəti ilin mayın 31-nə qədər qüvvədə olacaq. Remzi yay "transfer pəncərəsi" çərçivəsində komandanın üçüncü yeni transferi olub.

Qeyd edək ki, Remzi 2022-ci ilin yayında yetirməsi olduğu Şotlandiyanın "Aberdin" klubundan mersisaydlıların heyətinə keçib. Bu müddət ərzində o, "Liverpul"un əsas komandasında cəmi 4 oyuna çıxıb.

Əsasən 23 yaşlı futbolçu icarə əsasında digər klublarda çıxış edib. O, xüsusilə "Preston", "Bolton", "Uiqan" və "Kilmarnok" klublarının şərəfini qoruyub.

"Sent-Mirren" Şotlandiyanın elit divizionunda çıxış edir. Ötən mövsümün nəticələrinə görə klub turnir cədvəlində 5-ci yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest