Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ilk püşkü atılıb. Matc.az xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında gerçəkləşib.
 
Püşkatmaya əsasən ilkin mərhələdə yarımfinal cütləri bəlli olub.
 
“Folqore” (San-Marino) - “Priştina” (Kosova)
 
“HB Torshavn” (Farer adaları) - “İnter Eskaldes” (Andorra)
 
Qeyd edək ki, yarımfinal matçları iyunun 22-də, final isə iyunun 15-də olacaq. Farer adalarında baş tutacaq qarşılaşmalar bir oyundan ibarətdir.
 
Finalda qalib olan komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Həmin raundun ilk görüşləri 6-7 iyul, cavab qarşılaşmaları isə 13-14 iyulda təşkil olunacaq.
 
İlkin mərhələnin digər 3 kollektivi isə mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest