Fransa 1-ci Liqasında azarkeşlərin versiyasına görə 2020/21 mövsümünün rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
PSJ-nin hücumçusu Neymar ən yaxşı 11 futbolçu arasında yer almayıb. Əvəzində çempion “Lill”in türkiyəli hücumçusu Burak Yılmaz rəmzi komandada yer alıb.
 
Qapıçı: Mik Menyan ("Lill");
 
Müdafiəçilər: Jonatan Klaus ("Lens"), Markinyos (PSJ), Joze Fonte ("Lill"), Reynildu Mandava ("Lill");
 
Yarımmüdafiəçilər: Lukas Paketa ("Lion"), Benjamin Andre ("Lill"), Orelyen Tçuameni ("Monako");
 
Hücumçular: Memfis Depay ("Lion"), Burak Yılmaz ("Lill"), Kilian Mbappe (PSJ).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest