"Real"ın futbolçusu Marselonun La Liqanın 36-cı turunun "Qranada" ilə səfər matçının heyətinə daxil edilməməsinin səbəbi məlum olub.
 
Matc.az "goal.com"a istinadən xəbər verir ki, Marselo komandanın baş məşqçisi Zinəddin Zidanla mübahisə etdiyi üçün heyətə salınmayıb. 32 yaşlı müdafiəçi ilə fransalı mütəxəssis komandanın son məşqində taktiki məsələlərlə bağlı mübahisə edib. Marselo bu səbəbdən "Qranada" ilə oyuna aparılmayıb.
 
Bu gün keçiriləcək "Qranada" – "Real" matçı saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest