 
 
	Futbol üzrə Rusiya kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.
	Matc.az xəbər verir ki, həlledici qarşılaşma Moskva "Lokomotiv"i ilə "Krılya Sovetov" komandaları arasında baş tutub.
	Nijni Novqorodda keçirilən qarşılaşma məhsuldar alınıb. Dörd qolun qeydə alındığı matçda 3:1 hesablı qələbəyə sevinən paytaxt təmsilçisi, kubokun qalibi olub.
	"Lokomotiv" 9-cu dəfə Rusiya Kubokunu qalibi olub. Bu baxımdan Moskva təmsilçisi rekordçudur. Onların ən yaxın izləyicisi isə digər paytaxt klubu çSKA-dır – 7 dəfə. "Krılya Sovetov" isə ikinci dəfə vəsiqə qazandığı kubokun final matçında yenə uduzub.
				
         	
                                             
               
 
             
 



_1761908608.jpg)


_1761905491.jpg)








