İngiltərənin “Mançester Siti” ilə “Çelsi” komandaları arasında İstanbulda keçirilməli olan Çempionlar Liqasının final matçına ev sahibliyi Türkiyədən alınacaq.
 
Matc.az xəbər verir ki, həlledici oyun Portuqaliyada, Portu şəhərindəki “Draqao” stadionunda keçiriləcək.
 
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Xəbərdə, UEFA-nın yaxın zamanda final matçının məkanının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verəcəyi bildirilib.
 
Çempionlar Liqasının finalının Türkiyədən alınmasına səbəb bu ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.
 
Çempionlar Liqasının finalı mayın 29-da, İstanbulda keçirilməli idi. Ötən mövsümdə də ÇL-in finalı İstanbuldan alınaraq Portuqaliyaya verilmişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest