İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema UEFA çempionlar Liqasında yeni uğura imza atıb. Matc.az xəbər verir ki, 34 yaşlı hücumçu buna evdə İngiltərənin "çelsi" klubuna qarşı keçirdikləri ilk yarımfinal qarşılaşmasında nail olub.
 
1:1 hesabıyla bitən matçda komandasının yeganə qolunun müəllifi olan fransalı forvard, qitənin bir nömrəli klub turnirində 71-ci dəfə fərqlənib. Bununla da o, Madrid klubunun sabiq hücumçusu Raul Qonsalesə çatıb.
 
Hazırda yalnız Kristiano Ronaldo (134), Lionel Messi (120) və Rovert Levandovski (73) Benzema ilə Rauldan daha çox qol vurub.
 
Benzema həmçinin çempionlar Liqasının yarımfinalında qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb. O, 33 yaş 129-cü günündə fərqlənib. Daha əvvəl Ronaldo 32 yaş 86-cı günündə qol vura bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest