Yeni yaradılan Avropa Super Liqasının sədri seçilən Florentino Peres UEFA və FİFA-nın belə bir yarışın təşkilinə görə onlara tətbiq edəcəyi sanksiya barədə danışıb. Matc.az xəbər verir ki, "Real"ın 74 yaşlı prezidenti bununla bağlı alternativ variantlarının olduğunu deyib:
 
“Futbola bütün səviyyələrdə kömək edəcəyik və onu layiq olduğu səviyyəyə qaldıracağıq. Dünyada 4 milyarddan çox futbol azarkeşi var. Bu insanların ehtiyacını qarşılamaq bizim kimi böyük klubların məsuliyyətidir. Əgər bu turnirdə iştirak edən klubların dünya çempionatında oynamasına icazə verilməzsə, onda biz də öz dünya çempionatımızı yaradarıq. Heç bir problem yoxdur”.
 
Qeyd edək ki, UEFA artıq məsələ ilə bağlı sərt mövqeyini göstərib. Qitənin ali futbol qurumu Avropa Super Liqasına qatılan klubların digər qitə miqyaslı turnirlərdə iştirakına qadağa qoyulacağını açıqlayıb. Həmçinin, FİFA da həmin klubları və futbolçuları beynəlxalq yarışlardan kənarda saxlaya bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest