"Gələn mövsüm Çempionlar Liqasına düşməliyik. Biz “Liverpul”uq, bu turniri çox sevirik. Çempionlar Liqası bizim üçün həqiqətən vacibdir"

“Vəziyyət bizim üçün getdikcə daha da çətinləşdi”. Matc.az xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

Çempionlar Liqasında 1/4 final mərhələsinin Madrid “Real”ı ilə keçirilən cavab oyununu şərh edən almaniyalı mütəxəssisin fikrincə, komandası erkən qol vursaydı, nəticə fərqli olardı: “Qarşılaşmaya çox yaxşı başladıq, çox sayda qol şans yaratdıq. Gələn mövsüm Çempionlar Liqasına düşməliyik. Biz “Liverpul”uq, bu turniri çox sevirik. Çempionlar Liqası bizim üçün həqiqətən vacibdir. Madriddə buraxılan üçüncü qol bizim üçün böyük bir məyusluq oldu. Bu gün ilk 15 dəqiqədə qol vursaydıq, hər şey başqa cür ola bilərdi”.

Qeyd edək ki, “Liverpul” və “Real” arasındakı ilk oyunda Madrid təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə qolsuz bərabərlik qeydə alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest