İngiltərənin “Çelsi” klubu futbol üzrə UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, London təmsilçisi İngiltərə klubları arasında qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına ən çox vəsiqə qazanan komandaya çevrilib.
 
1/4 finalda “Portu” ilə mübarizə aparan “zadəganlar” səfərdə 2:0 hesablı qələbəyə sevinsələr də, doğma meydanda məğlub olublar - 0:1. Lakin bu, “Çelsi”nin yarımfinala yüksəlməsinə mane olmayıb. Bununla da London klubu tarixində 8-ci dəfə ÇL-in yarımfinalında oynamaq şansı əldə edib.
 
Qeyd edək ki, İngiltərənin digər klublarından “Mançester Yunayted” 7 dəfə ÇL-in yarımfinalında oynayıb. “Liverpul” isə 5 dəfə buna nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest