Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olub.
 
Matc.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki görüş baş tutub.
 
Almaniya çempionu “Bavariya”nı səfərdə 3:2 hesabıyla məğlub edən PSJ, Fransada baş tutan cavab matçında üstünlüyünü qorumağa çalışıb. Bu qarşılaşma Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Lakin bu, PSJ-ni mübarizədən kənarlaşdırmaq üçün yetərli olmayıb.
 
Günün digər matçı “Çelsi” ilə “Portu” arasında baş tutub. London təmsilçisi səfərdə inamlı qələbə qazandığına görə, növbəti mərhələyə daha yaxın görünürdü. Bu oyunda da qonaqlar minimal hesabla qalib gəliblər, lakin yarımfinala İngiltərə klubu yüksəlib.
 
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
13 aprel
 
PSJ (Fransa) - “Bavariya” (Almaniya) 0:1
Qol: Şupo-Motinq, 40.
Paris. “Park de Prens” stadionu. Baş hakim – Daniele Orsato İtaliya)
(ilk oyun 3:2)
 
PSJ: Navas, Diallo, Kimpembe, Danilo, Daqba, Paredes, Queye, Draksler, Neymar, Di Mariya, Mbappe.
Bavariya: Noyer, Pavar, Boatenq, Ernandes, Deyvis, Kimmix, Alaba, Sane, Müller, Koman, Şupo-Motinq.

 

"Çelsi” (İngiltərə) - “Portu” (Portuqaliya) 0:1
Qol: Taremi, 90+4.
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu. Baş hakim – Kleman Tyurpen (Fransa)
(ilk oyun 2:0)
 
Çelsi: Mendi, Aspilikueta, Çilluel, Haverts, Ceyms, Jorjinyo, Kante, Maunt, Pulişiç, Rudiger, T.Silva.
Portu: Marçesin, Korona, Qruyiç, Manafa, Mareqa, Mbemba, Otavio, Pepe, Sanusi, S.Oliveyra, Uribe.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest