"Zirə"nin koronavirusa yoluxmuş legionerləri sağalıb.
 
Matc.az xəbər verir ki, söhbət Riçard Almeyda ilə Fakundo Melivilodan gedir.
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, hər iki futbolçunun son iki COVİD-19 testi neqativ çıxıb. Onlar artıq komandaya qoşulublar və növbəti oyunun hazırlığında iştirak edirlər.
 
Qeyd edək ki, "Zirə" Premyer Liqanın 22-ci turu çərçivəsində aprelin 11-də "Keşlə"ni qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest