10 Yanvar 2021, 20:49
                
                
                
                                DÖYÜŞ NÖVLƏRİ 
                                
                
               
              
				 
 
	Yunan-Roma güləşi üzrə millimiz yanvarın 5-dən İstanbulda təlim-məşq toplanışı keçir.
	Matc.az xəbər verir ki, Türkiyə yığmasıyla birgə təşkil olunan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək.
	Məşqlər İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində keçirilir. Komandamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
	Qeyd edək ki, millimiz toplanışı başa vurduqdan sonra Fransanın Nitsa şəhərinə yollanaraq ilin ilk beynəlxalq turniri olan Henri Deqlan qran-prisində iştirak edəcək.

            
 









_1762260863.jpg)
