"Səbail" Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb. 
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley 9-cu turun "Sumqayıt"la matçına təsadüf edib.
 
2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda "25"ə çatıb.
 
Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub. "Səbail" 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib.
 
Qeyd edək ki, paytaxt təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest